Financial Times: İran münaqişəsi fonunda dünya üzrə elektromobil satışları artıb

“Financial Times” qəzetinin Beynəlxalq Enerji Agentliyinın (BEA) proqnozuna istinadən verdiyi məlumata görə, İran ətrafındakı münaqişə və yanacaq qiymətlərinin artması fonunda dünya üzrə elektromobil satışları artır.

Agentliyin qiymətləndirməsinə əsasən, 2026-cı ilin yekunlarına görə elektromobillər və hibrid avtomobillər qlobal avtomobil bazarının təxminən 30%-ni təşkil edəcək. Belə avtomobillərin satışının 2025-ci ildəki 20 milyondan çox göstərici ilə müqayisədə 23 milyon ədədə çatacağı gözlənilir.

BEA qeyd edir ki, tələbin artmasına batareyaların ucuzlaşması və İran ətrafındakı münaqişənin yaratdığı enerji böhranı fonunda istehlakçıların yanacaq xərclərini azaltmaq istəyi səbəb olur. Satış artımının ən yüksək templərinin Asiya-Sakit okean regionu və Latın Amerikasında qeydə alınacağı gözlənilir.

FT vurğulayır ki, Avropada 2026-cı ildə elektromobil və hibrid satışları təxminən 20% arta və onların payı satılan bütün avtomobillərin üçdə birinə çata bilər. Dünya elektromobil istehsalının təxminən 75%-nin payına düşdüyü Çində isə yerli istehsalçıların məhsullarının qiymətləri azalmağa və ixracı artmağa davam edir.

Son xəbərlər
Digər xəbərlər