Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü

®Xalq Bank Visa ödəniş sisteminin təqdim etdiyi “Visa Direct to Account” xidmətini Azərbaycanda ilk dəfə olaraq istifadəyə verən bank olaraq mükafatlandırıldı.

Müştərilərin sürətli və rahat bank xidmətlərinə çıxışını təmin etmək üçün nəzərdə tutulan bu xidmət vasitəsilə pul vəsaitləri birbaşa alıcının bank hesabına sürətli və təhlükəsiz şəkildə köçürülə bilir. Xidmət vəsaitlərin operativ şəkildə hesaba daxil olmasına imkan yaradaraq gündəlik maliyyə əməliyyatlarının daha çevik və rahat həyata keçirilməsini təmin edir. Həmçinin, Visa Direct to Wallet xidməti vasitəsilə CNY valyutasında Çin ödəniş sistemləri olan Alipay və WeChat Pay üzərindən köçürmələrin həyata keçirilməsi mümkündür. Xidmət yalnız fiziki şəxslər üçün keçərlidir.

Xalq Bank rəqəmsal maliyyə həlləri və müasir ödəniş xidmətlərinin tətbiqi ilə müştərilərinə daha çevik və rahat bankçılıq xidmətləri təqdim etməyə davam edir.

Son xəbərlər
Digər xəbərlər