İcra başçısına yeni müavin təyin olundu

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Namiq Cəfərov Göygöl rayon icra başçısının birinci müavini təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Namiq Cəfərov rayon icra hakimiyyətində Ərazi idareətmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Namiq Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakultəsini bitirib. Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə ASAN Xidmət Mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə çalışıb.

MənbəMilli.az
Son xəbərlər
Digər xəbərlər