Azərbaycanda kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri açıqlanıb

Bu il aprelin 1-nə Azərbaycandakı bankların və bank olmayan kredit təşkilatlarının maliyyə icarəsi portfelinin dəyəri 46 milyon manat olub.

Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, maliyyə icarəsi əməliyyatlarının inkişafı üçün geniş potensial mövcuddur: “Maliyyə icarəsi fəaliyyəti üzrə potensialın reallaşdırılması məqsədilə hüquqi və tənzimləmə sahəsində islahatların aparılması və maliyyə icarəsi sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması zəruri hesab edilir”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər