Çin xarici investisiyalar üzərində nəzarəti gücləndirir

Çin hakimiyyəti iyulun 1-dən etibarən xaricə yatırılan investisiyaların tənzimlənməsi ilə bağlı yeni qaydalar tətbiq edəcək. “Sinxua” agentliyinin məlumatına görə, yeni qaydalar dövlət suverenliyinin, təhlükəsizliyin və inkişafın dəstəklənməsinə, həmçinin investorların hüquq və maraqlarının qorunmasına yönəlib.

ÇXR Dövlət Şurasının saytında dərc olunan sənəd 34 maddədən ibarətdir. Yeniliklər, həmçinin xarici investisiya prosesinin beynəlxalq standartlara uyğunlaşdırılmasını, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın təşviqini, eləcə də istehsal və logistika zəncirlərində beynəlxalq kooperasiyanın inkişafını nəzərdə tutur.

Çin investorları xaricə investisiyalar üzrə razılaşdırma, qeydiyyat və hesabat prosedurlarından keçməli olacaqlar. Dövlət qurumları xarici yatırımların monitorinqini aparacaq və risklərini qiymətləndirəcək.

Bundan əlavə, yeni qaydalar təşkilatlara və fiziki şəxslərə xəbərdarlıq edir ki, Çin investisiyalarına qarşı hər hansı ayrı-seçkilik xarakterli tədbirlərə cavab olaraq onların Çin şirkətləri ilə hər hansı biznes fəaliyyəti aparmasına qadağa qoyula bilər.

Qaydaların pozulması sübuta yetirilərsə, cəza tədbirləri tətbiq olunacaq. Dövlət tərəfindən təsdiqlənməmiş investisiyalara gedən və ya icazələri rüşvət yolu ilə əldə edən investorlar cərimələnəcək və ya cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Xarici investisiyaların milli təhlükəsizliyə təhdid baxımından yoxlanılması zamanı əməkdaşlıqdan imtina edənlərə isə üç il müddətinə biznes fəaliyyəti ilə məşğul olmaq qadağan ediləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər