Fransa iyunun 8-də silahlı qüvvələrin statusu haqqında saziş imzalandıqdan sonra Kiprdə hərbi qüvvələr yerləşdirə biləcək. Bu barədə Kipr hökumətindəki yüksək vəzifəli mənbələrə istinadən “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, sənəd Avropa İttifaqı Xarici Əlaqələr Şurasının müdafiə formatında keçirilən qeyri-rəsmi iclası çərçivəsində Nikosiyada Fransanın silahlı qüvvələr naziri Catherine Vautrin və Kiprin müdafiə naziri Vasilis Palmas tərəfindən imzalanacaq.
Kipr Prezidenti Nikos Xristodulidis izah edib ki, saziş genişləndirilmiş əməkdaşlıq çərçivəsində Fransız qoşunlarının Kipr ərazisində yalnız humanitar məqsədlərlə mövcudluğunu nəzərdə tutur.
Sazişə adanın şimalındakı türk tərəfinin administrasiyası etiraz edib. Onların fikrincə, Fransa qoşunlarının adada yerləşdirilməsi kiprli türklərin hüquqlarını pozacaq, qüvvələr balansını dəyişəcək və gərginliyi artıracaq. Həmçinin vurğulanıb ki, Kipr Respublikası bütün ada adından bu cür sazişlər imzalamaq səlahiyyətinə malik deyil.
Kipr 1974-cü ildən bəri yunan və türk hissələrinə bölünüb. Kipr Respublikası adadakı yeganə suveren hakimiyyət kimi tanınır və Avropa İttifaqının üzvüdür. Türkyənin Şimali Kipr Respublikası isə yalnız Türkiyə tərəfindən tanınır.






