ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ yaxın iki həftə ərzində İranla razılaşma əldə edəcək. Onun sözlərinə görə, Vaşinqton və Tehran hazırda aktiv danışıqlar aparır və İran tərəfi kompromisə hazırdır.
“Düşünürəm ki, biz bu qarşıdurmada qalib gəlirik. Lakin əsl qələbə yaxın iki həftə ərzində, tam qələbəni elan etdiyimiz zaman olacaq. Bu, tam qələbə olacaq, çox tezliklə baş verəcək və neft qiymətləri kəskin şəkildə düşəcək”, — deyə Tramp bildirib.
İyunun 7-də İran İsrail ərazisinə raket zərbələri endirib. Tehran hücumu İsrailin Livandakı “Hizbullah” obyektlərinə qarşı endirdiyi zərbələrə cavab kimi qiymətləndirib. Həmin vaxt Donald Tramp İranı danışıqlar masasına qayıtmağa, İsraili isə cavab hücumundan imtina etməyə çağırmışdı. Daha sonra İsrail Ordusu İranın hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.







