“Qarabağ Futbol Klubu” MMC 2025-ci ili 10.02 mln. manat xalis mənfəətlə başa vurub. Klub 2024-cü ildə 876.9 min manat zərər etmişdi.
Banker.az xəbər verir ki, klubun əməliyyat gəlirləri illik müqayisədə 2 dəfəyə yaxın artaraq 34.75 mln. manatdan 74.76 mln. manata yüksəlib. Artım əsasən UEFA və AFFA-dan daxilolmaların 31.71 mln. manatdan 61.91 mln. manata yüksəlməsi, sponsor və reklam gəlirlərinin 466 min manatdan 825.6 min manata çatması və bilet satışından gəlirlərin 1.74 mln. manatdan 2.26 mln. manata yüksəlməsi ilə bağlıdır.
“Sair gəlirlər” də artaraq 831 min manatdan 9.76 mln. manata yüksəlib və klubun ümumi gəlirlərində mühüm paya sahib olub.
Eyni dövrdə əməliyyat xərcləri də artıb. Ümumi əməliyyat xərcləri 35.61 mln. manatdan 62.41 mln. manata yüksəlib. Əsas artım əmək haqqı və mükafat xərclərində (20.68 mln. manatdan 35.35 mln. manata), qeyri-maddi aktivlərin amortizasiyasında (2.56 mln. manatdan 6.02 mln. manata) və “sair xərclər”də (11.83 mln. manatdan 19.02 mln. manata) qeydə alınıb.
Nəticədə klub əməliyyat fəaliyyətindən 12.34 mln. manat zərər etsə də, maliyyə gəlirləri və vergi təsiri nəzərə alındıqdan sonra illik nəticə müsbətə çevrilib.
Balans hesabatına görə, klubun ümumi aktivləri 47.03 mln. manatdan 40.44 mln. manata düşüb. Transfer hüquqları üzrə qeyri-maddi aktivlər 10.30 mln. manatdan 4.85 mln. manata azalıb.
Pul vəsaitləri isə kəskin artaraq 274 min manatdan 3.65 mln. manata yüksəlib. Xalis kapital 15.92 mln. manatdan 25.40 mln. manata yüksəlib.
“Qarabağ” klubu 2025-2026-cı illər üzrə Azərbaycan Premyer Liqasında 2-ci sırada qərarlaşıb. Klub ötən il UEFA Çempionlaq Liqasınn liqa mərhələsindən adlayaraq pleyofa yüksəlib. İlk mərhələdə “Qarabağ” fevral ayında İngiltərənin “Nyukasl Yunayted” klubuna məğlub edərək ÇL ilə yollarını ayırıb.








