“Bakı Şəhər İşığı” 5.3 milyon manatlıq satınalma müqaviləsi imzaladı.
Banker.az xəbər verir ki, “Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsi paytaxtın küçə və prospektlərinin işıqlandırılması sistemlərinin yenilənməsi və tədarükü məqsədilə keçirdiyi irihəcmli tenderə yekun vurub.
Dövlət satınalmaları portalından əldə olunan məlumata görə, müəssisənin “İşıqlandırma üçün lazımi mal-materialın satınalınması” üzrə elan etdiyi tenderin qalibi “İnterkabel” firması olub.
Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 5 298 260 manat təşkil edir. Müqaviləyə əsasən, qalib şirkət paytaxtın işıqlandırma şəbəkəsi üçün zəruri olan elektrik avadanlıqları və mal-materialların tədarükünü həyata keçirəcək.







