İran Hörmüz boğazını bağlayıb

İranın hərbi komandanlığı ölkənin Hörmüz boğazından bütün neft tankerləri və ticarət gəmilərinin keçidini bağladığını elan edib. Buna səbəb kimi ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr göstərilib.

İran hərbi komandanlığının bəyanatını dövlət televiziyası IRIB yayıb. Bəyanatda deyilir: “Regionda yaranmış qeyri-sabit vəziyyətlə əlaqədar olaraq Hörmüz boğazı neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla bütün növ gəmilərin hərəkəti üçün bağlanmış elan edilir. Boğazdan keçməyə cəhd edən istənilən gəmi hücuma məruz qalacaq”.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin silahlı qüvvələrinin Hörmüz boğazını keçməyə cəhd edən iki gəmiyə zərbə endirdiyini bildirib.

İran KİV-ləri xəbər veriblər ki, aprelin 11-nə keçən gecə ABŞ Tehran və Fars körfəzi sahilində yerləşən bir neçə şəhərə zərbələr endirib. “Mehr” agentliyi isə İran və ABŞ-ın Fars körfəzində dəniz döyüşləri apardığını yazıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər