Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib!

®Müştərilərə təqdim olunan xidmət keyfiyyətinin daha da yüksəldilməsi, həmçinin yeni sığorta agentlərinin hazırlanması və onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Meqa Sığorta” şirkətinin Sumqayıt filialı yenilənərək fəaliyyətini genişləndirib. Filial bundan sonra həm də “Meqa Həyat Sığorta” şirkətinin regional nümayəndəliyi kimi fəaliyyət göstərəcək.

Müasir standartlara uyğun şəkildə yenidən qurulan filial həyat və qeyri-həyat sığortası üzrə fərdi və korporativ müştərilərə geniş çeşiddə xidmətlər təqdim edəcək. Filialda həmçinin sığorta hadisələrinin qəbulu və tənzimlənməsi həyata keçiriləcək ki, bu da müştərilərin sığorta ödənişləri ilə bağlı müraciətlərinə operativ və effektiv baxılmasına imkan verəcək. Bununla yanaşı, sığorta sahəsində karyera qurmaq istəyən şəxslər üçün təlim proqramlarının təşkili, onların peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də ixtisaslı sığorta agentləri kimi formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Yenilənmiş filial sığorta məhsullarının əlçatanlığının artırılması, müştərilərə yüksək səviyyəli xidmət göstərilməsi və təlim proseslərinin səmərəli təşkili üçün zəruri texniki və infrastruktur imkanları ilə tam təmin olunub.

Qeyd edək ki, Meqa Sığorta və Meqa Həyat şirkətlərinin Sumqayıt filialı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 81E ünvanında fəaliyyət göstərəcək.

148adc1d 4013 4863 a9d5 20539fff41f7 74fbff81 456d 465d af13 bbf1f7a947de

f1a6a60f efda 4922 a870 84b96ee030a9

a72fde36 830a 4f47 86db 80bdfb2c5e0d

7050b90e 7477 4a56 a053 14bf1dc74088

11305ae5 4e8f 4ab5 8486 625c9a0c4bfe

38628f71 f775 4022 997d 5b8866fc7a1a

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər