12 C
Baku
Wednesday, December 11, 2024

Amazon şirkəti Berkshire Hathaway-dən daha baha oldu

Online satış ilə məşğul olan Amazon şirkəti bazar dəyərinə görə Warren Buffet-in məşhur investisiya şirkəti olan Berkshire Hathaway-i geridə qoydu. 11 iyul tarixində birjada hərracın bitmə nəticələrinə görə Amazon şirkətinin dəyəri 355,7 milyard dollar təşkil etdiyi bir vaxtda, Berkshire Hathaway şirkətinin göstəricisi 354,9 milyard dollara bərabər idi. Verilən məlumatlara görə, Amazon şirkətinin dəyərindəki artımlar may ayının ortalarından başlayaraq daim artır və tarixi maksimumları yeniləyir.

Dünyanın ən bahalı şirkəti isə Apple şirkətidir və dəyəri 11 iyul tarixində 531 milyard dollar təşkil edirdi. İkinci pillənin sahibi isə Google şirkətinə sahib olan və dəyəri 491 milyard dollar olaraq qiymətləndirilən Alphabet şirkətidir. Bu ilin fevral ayında Alphabet şirkəti Apple şirkətini geridə qoydu və dünyanın ən bahalı şirkəti adına sahib oldu. Şirkətin səhmləri 2015-ci ilin son rübü üzrə hesabat nəşr edildikdən sonra 9% bahalaşdı.

Ekspertlərin fikrincə, yaxın zamanda bazara Saudi Arabian Oil Company (Saudi Aramco) dövlət şirkəti daxil olacaq və uzun müddət ərzində dünyanın ən bahalı şirkəti olaraq mövcud olacaq. Nəhəng neft şirkətinin gələcək bazar dəyəri 2,5 trilyon dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər