Laçında 10 milyon manata İşğal və Zəfər Muzeyi tikilir

Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin tikintisinə 10 milyon manata yaxın vəsait ayrılır.

Banker.az rəsmi dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tender Laçın rayonunda tikintisi nəzərdə tutulan “Laçın İşğal və Zəfər Muzeyi Kompleksi”nin inşası ilə bağlıdır.

“Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Laçın rayonunda inşa ediləcək mühüm infrastruktur layihəsi ilə bağlı irihəcmli dövlət satınalma tenderinə start verib.

İşin ehtimal olunan qiyməti 9 905 365 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər