AQTA sədri: “Bəzi özəl bağçalarda vaxtı keçmiş qidalar aşkarlanıb”

Özəl bağçalarda qidalanma ilə əlaqədar vəziyyət ürəkaçan deyil.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Məktəb və uşaq bağçalarında qida zəhərlənmələrinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdən danışan AQTA sədri deyib ki, özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib:

“Məktəb və bağçalarda qida təhlükəsizliyi sahəsində Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Həm məktəbəqədər təhsil müəssisələrində, həm də ümumi təhsil müəssisələrində tərəfimizdən mütəmadi monitorinqlər aparılır. Həm məktəblərdə, həm də məktəbəqədər təhsil müəssisələrində tərəfimizdən geniş maarifləndirmə işləri həyata keçirilir. Həmin müəssisələrdə qida təhlükəsizliyi və keyfiyyətə nəzarət üzrə məsul şəxslər müəyyən edilib, onlara müvafiq təlimlər keçirilib və qida təhlükəsizliyi ilə bağlı zəruri təlimatlar verilib. Təəssüflər olsun ki, özəl uşaq bağçalarında qidalanma ilə əlaqədar vəziyyət ürəkaçan deyil. Özəl bağçaların səksən faizdən çoxunda aparılmış nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib. Daha dəqiq desək, yoxlanılan 107 uşaq müəssisəsinin 88-də müxtəlif qanun pozuntuları müəyyən olunub”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər