Azərbaycanda əhali banklara satdığı xarici valyutanı artırıb – Əhalidən banklara $274 milyonluq axın olub

Azərbaycanda son beş ayda da bankların əhalidən aldığı nağd ABŞ dolları satışı üstələyib və bu tendensiya demək olarki 2025-ci ilin martından bu tərəfə davam etməkdədir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, banklar ilə əhali arasında aparılan nağd valyuta konvertasiyası üzrə statistikaya görə, cari ilin ilk beş ayında banklar əhaliyə 489.3 mln. dollar məbləğində xarici valyuta satdığı halda, əhalidən 763.2 mln. dollar məbləğində xarici valyuta alıb. Nəticədə bankların əhalidən valyuta alışının həcmi satışını 273.9 mln. dollar üstələyib. Yəni əhali tərəfdən banklara doğru nağd 274 mln. dollarlıq axın baş verib.

Bu, ən azı son beş ilin eyni dövrü üzrə ən yüksək xalis valyuta satışı göstəricisidir. Müqayisə üçün, 2025-ci ilin ilk beş ayında əhali banklara 138 mln. dollar, 2023-cü ildə isə 60.3 mln. dollar xalis valyuta satmışdı. 2024-cü ildə isə əksinə, bankların əhaliyə valyuta satışı alışdan 483.7 mln. dollar çox olmuşdu.

2026-cı ilin bütün ilk beş ayında bankların əhalidən valyuta alışı satışı üstələyib. Xüsusilə may ayında banklar əhaliyə 71.4 mln. dollar məbləğində xarici valyuta satdığı halda, əhalidən 180.6 mln. dollar məbləğində valyuta alıb.

Bu tendensiya Mərkəzi Bankın son pul siyasəti qərarında da öz əksini tapıb. Qurum bildirib ki, 2026-cı ilin ilk beş ayında mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 311 mln. dollar üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq may ayında 27%-ə enib.

Mərkəzi Bankın məlumatına görə, valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində alışyönlü müdaxilələr həyata keçirilib. Bununla yanaşı, 2026-cı ilin ilk beş ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 mlrd. dollar və ya 10.4% artaraq 12.7 mlrd. dollara çatıb.

Eyni tendensiya nağd valyuta bazarında da müşahidə olunur. Son illərdə ilk dəfə olaraq valyuta mübadilə məntəqələrində nağd ABŞ dollarının satış məzənnəsi Mərkəzi Bankın 2017-ci ilin martından bəri sabit saxladığı 1.70 manat səviyyəsindən aşağı formalaşıb. Artan dollar təklifi mübadilə məntəqələrinin satış məzənnəsini aşağı salmasına səbəb olub və alış-satış fərqinin (spredin) daralmasına gətirib çıxarıb. Mərkəzi Bankın məlumatına görə, iyunda 1 dolların orta satış məzənnəsi 1.6970 manat olub. Bu göstərici mayda 1.6977 manat, ilin əvvəlində isə 1.6986 manat təşkil edirdi.234234 scaled 345345

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər