Azərbaycanda mikro kreditlərin həcmi 4 mlrd. manata çatır

Azərbaycanda kiçik və mikro sahibkarlıq subyektlərinə verilən bank kreditlərinin həcmi artmaqdadır.

Banker.az Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin may ayının sonuna kiçik sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 1.76 mlrd. manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17.46% və ya 258.46 mln. manat çoxdur.

Mikro sahibkarlara ayrılan kreditlər isə daha sürətlə artaraq 3.81 mlrd. manata yüksəlib. Bu, illik müqayisədə 19.31% və ya 615.76 mln. manat artım deməkdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 556 nömrəli Qərarı sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və iri kateqoriyalar üzrə təsnifatını müəyyən edir və bu təsnifat əsasən işçilərin sayı və illik gəlir göstəricilərinə əsaslanır. Qərara görə, mikro sahibkarlıq subyektlərinə 1–10 nəfər işçisi olan və illik gəliri 200 min manata qədər olan müəssisələr daxildir. Kiçik sahibkarlıq subyektləri isə 11–50 nəfər işçisi olan və illik gəliri 200 min manatdan 3 milyon manata qədər olan müəssisələrdir. Orta sahibkarlıq subyektlərinə 51–250 nəfər işçisi olan və illik gəliri 3 milyon manatdan 30 milyon manata qədər olan müəssisələr aid edilir. İri sahibkarlıq subyektləri isə 250 nəfərdən çox işçisi olan və illik gəliri 30 milyon manatdan artıq olan müəssisələr kimi müəyyən edilir.677776 scaled

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər