Çip istehsalçıları Micron, Intel və AMD-nin kapitallaşması bu rüb $2 trilyon artıb

Micron Technology, IntelAdvanced Micro Devices (AMD) şirkətlərinin bazar kapitallaşması 2026-cı ilin ikinci rübündə təxminən 2 trilyon dollar artıb. Bu barədə ticarət məlumatlarına istinadən CNBC məlumat yayıb.

Bu artım şirkətləri ABŞ-nin ən dəyərli texnologiya şirkətləri siyahısında 10-12-ci yerlərə yüksəldib. Son üç ay ərzində Micron və Intel-in bazar dəyəri üç dəfədən çox, AMD-nin kapitallaşması isə bir qədər az artıb.

Dünyanın bazar dəyərinə görə ən böyük şirkəti olaraq qalmağa davam edən Nvidian-ın kapitallaşması iyulun 1-nə 4,8 trilyon dollar təşkil edib. Şirkətin gəlirləri yüksək templə artsa da, ikinci rübdə onun səhmləri cəmi 15% bahalaşıb.

Eyni dövrdə Micron-un səhmləri 240%-dən çox, Intel-in səhmləri 216%, AMD-nin səhmləri isə 185% yüksəlib.

Nvidia-nın ən iri müştəriləri olan Amazon, Alphabet, MicrosoftMeta-nın nəticələri isə qarışıq olub. Meta-nın səhmləri təxminən 2% ucuzlaşıb, Alphabet-in səhmləri isə 24% bahalaşıb.

Anşul Qupta hesab edir ki, çip istehsalçılarının səhmlərinin təsirli yüksəlişi investorların vəsaitlərini hiperskeyler şirkətlərdən yeni texnologiyaların inkişafını təmin edən şirkətlərə yönəltməsi ilə bağlıdır.

Bu şirkətlər güclü maliyyə nəticələri nümayiş etdirirlər. Micron ötən həftə açıqlayıb ki, süni intellekt bumu fonunda yaddaş çiplərinin qiymətlərinin artması nəticəsində şirkətin rüblük gəlirləri dörd dəfədən çox artıb, ümumi mənfəət marjası isə 84,9%-ə yüksəlib.

Intel istifadəçilərin cihazlarında süni intellekt hesablamalarına tələbatın artması hesabına mərkəzi prosessorlara olan marağın yenidən canlanmasından faydalanır. AMD isə Nvidia kimi qrafik prosessorlar istehsal edir, baxmayaraq ki, bu bazarda rəqibindən geri qalır.

CNBC qeyd edir ki, yaddaş və prosessorlardan başqa, süni intellekt infrastrukturu təchizat zəncirinin digər seqmentlərində də güclü artım müşahidə olunub.

Məsələn, şəbəkə avadanlıqları istehsalçısı Marvell Technology-nin səhmləri ötən rübdə təxminən 200% bahalaşıb. Çip dizaynçısı Arm Holdings-in səhmləri isə 134% artıb.

Yarımkeçirici sektorunun səhmlərini izləyən VanEck Semiconductor ETF 71% yüksəlib ki, bu da fondun 2000-ci ildə yaradılmasından bəri ən yaxşı rüblük nəticədir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər