Ağdam Sənaye Parkına yatırılan investisiyaların həcmi 172 milyon manata yaxınlaşıb

Ağdam Sənaye Parkına yatırılan investisiyaların həcmi 171,68 milyon manata çatıb.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına əsasən, ölkənin ikinci ən böyük sənaye parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,86 milyard manatlıq məhsul satışı həyata keçirilib.

Məlumata əsasən, bunun 82,33 milyon manatlıq hissəsi ixracın payına düşür.

Agentliyin idarəçiliyində olan parkda 1 000-dən çox daimi iş yeri yaradılıb. Sənaye parkında 31 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər