Azərbaycanın yeganə fond birjası Bakı Fond Birjası (BFB) QSC-nin səhmdar strukturunda dəyişiklik baş verib.
Banker.az-ın əldə etdiyi məlumata görə, fond birjası öz səhmlərinin geri alınması (buy back) əməliyyatını həyata keçirib və bu səhmlər balansa xəzinə səhmləri kimi daxil edilib. Nəticədə, “Bakı Fond Birjası” QSC özü özündə 4.7619%-lik paya sahib olub.
Səhmləri lisenziyası ləğv edilən (2024-cü ilin dekabrında ləğv edilib) “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-dən alıb. Xəzinə səhmlərinin ümumi dəyəri 239.9 min manat məbləğində olub.
Səhmdarların tam siyahısı belədir:
- ASB Bank ASC – 9.5239%
- BFB – 4.7619%
- “Dəmir İnvestisiya Şirkəti” QSC – 4.7619%
- “Capital Partners” LLC – 4.7619%
- “Brokdil-Az” LLC – 4.7619%
- “INNO Kapital İnvestisiya Şirkəti” (əvvəlki adı: “PSG-Capital İnvestisiya Şirkəti” QSC) – 4.7619%
- “Bank of Baku” ASC – 4.7619%
- “Kapital Bank” ASC – 4.7619%
- “Global Yatırım Holding AŞ” (əvvəlki adı: “Global Menkul Degerler” A.S.) – 4.7619%
- “Borsa Istanbul” A.S. – 4.7619%
- “Mars Investment” LLC – 4.7619%
- “Respublika Invest” LLC – 4.7619%
- “International Bank of Azerbaijan” ASC – 4.7619%
- “UniCapital İnvestisiya Şirkəti” ASC – 4.7619%
- “United Credit Bank” ASC (ləğv prosesindədir) – 4.7619%
- “Yapi Kredi Bank Azerbaijan” ASC – 4.7619%
- “Caspian Financial LTD” LLC – 4.7619%
- “Xalq Kapital İnvestisiya Şirkəti” QSC – 4.7619%
- “Invest-AZ İnvestisiya Şirkəti” QSC – 4.7619%
- “Invest-AZ Yatırım Menkul Degerler” A.S. – 4.7619
“Plato Capital and Co.”nu 2002-ci ildə hazırda ləğv prosesində olan “Texnika Bank” ASC “Texnika Kapital Menecment” adı ilə yaradıb. İnvestisiya şirkəti 2015-ci ildə adını “Kapital Menecment”ə, 2018-ci ildə “Plato Menecment”ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99 % payla “Red Block” MMC və 1 % payla Leyla Hacıyevadır.







