“Anthropic” öz süni intellekt çipini yaratmaq üçün “Samsung” ilə danışıqlar aparır

“Anthropic” şirkəti özünün “Claude” modelinin inkişafı üçün fərdiləşdirilmiş süni intellekt çipinin istehsalı ilə bağlı “Samsung Electronics” ilə danışıqlar aparır. Bu barədə şirkətin planları ilə tanış olan mənbələrə istinadən “The Information” yazır.

Hazırda layihə ilkin mərhələdədir. “Anthropic” hələ çipin hansı məqsəd üçün optimallaşdırılacağını və onun məhsuldarlıq göstəricilərini müəyyənləşdirməyib.

Startap planları ilə bağlı şərh verməkdən imtina edib. Şirkət yalnız bildirib ki, onun hesablama strategiyasının əsasını hələ də “Amazon Web Services Trainium çipləri”, “Google Cloud TPU”ları və “NVIDIA GPU”ları təşkil edir. “Samsung” da məsələ ilə bağlı şərh verməyib.

2026-cı ilin yazında “Reuters” xəbər vermişdi ki, hesablama gücü çatışmazlığı və “Claude” modelinin artan populyarlığı fonunda “Anthropic” öz süni intellekt çiplərinin hazırlanması imkanını nəzərdən keçirir.

İyunun sonunda isə rəqib şirkət “OpenAI” tərəfdaşlıq etdiyi “Broadcom” ilə birlikdə sıfırdan hazırladığı fərdiləşdirilmiş inferens çipini təqdim edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər