“Porsche” 4 min iş yerini ixtisar edir

Porsche AG şirkəti Almaniyada 4 min iş yerinin ixtisarına hazırlaşır. Bu barədə Handelsblatt qəzeti məlumat yayıb.

İxtisarlar əsasən idarəetmə və inzibati heyətə təsir edəcək. Bundan əlavə, şirkət Ştutqartın şimal-qərbində yerləşən Vaysaxdakı mühəndislik və tədqiqat mərkəzinin istehsal gücünün 30% azaldılması imkanını da nəzərdən keçirir.

Qəzet xatırladır ki, Porsche artıq 2029-cu ilədək 1,9 min iş yerinin ixtisarını planlaşdırıb.

Porsche-nin nümayəndəsi ixtisarların dəqiq sayını təsdiqləməkdən imtina edib, lakin hazırda şirkətin fəaliyyətinin optimallaşdırılması üzrə geniş tədbirlər paketinin hazırlandığını bildirib. Bu planın iyulun sonuna qədər təqdim olunacağı gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər