OpenAI-nin top-meneceri Fici Simo səhhətinə görə vəzifəsini tərk edəcək

OpenAI-nin məhsul və biznes üzrə direktoru Fici Simo 2019-cu ildə ona diaqnoz qoyulmuş postural ortostatik taxikardiya sindromunun ciddi şəkildə kəskinləşməsi səbəbindən vəzifəsini tərk edir.

CNBC-nin məlumatına görə, Simo OpenAI-də natamam iş qrafiki ilə məsləhətçi vəzifəsinə keçəcək. O, aprel ayında müalicə almaq üçün məzuniyyətə çıxmışdı və həmin dövrdə onu şirkətin prezidenti Qreq Brokman əvəz etmişdi.

“Məzuniyyətə çıxanda bir çoxları sağlamlığımı prioritet seçdiyim üçün bunu cəsarətli addım adlandırırdı. Həqiqət isə odur ki, bu qərarı yalnız indi qəbul edirəm, çünki əvvəllər bunu etməyə dəfələrlə özümdə güc tapa bilmirdim”, – deyə Fici Simo X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, hələ Meta şirkətində çalışarkən qurucu Mark Zuckerberg ona “uzunmüddətli düşünməyi” və xəstəliyi ilə əlaqədar bir illik məzuniyyət götürməyi tövsiyə etmişdi. Lakin o, həmin təklifdən imtina edib.

Fici Simo 2025-ci ilin may ayında korporativ funksiyaların genişləndirilməsi və istifadəçi tətbiqlərinə rəhbərlik etmək üçün OpenAI-yə qoşulmuşdu. Bundan əvvəl isə o, 10 ildən artıq müddətdə Meta-da rəhbər vəzifələrdə çalışıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər