Azərbaycan Texniki Universitetinin əsaslı təmiri 2.4 milyon manata başa gələcək

Azərbaycan Texniki Universiteti (AzTU) publik hüquqi şəxsi tərəfindən elan olunmuş irimiqyaslı satınalma müsabiqəsinə yekun vurulub.

Banker.az xəbər verir ki, Universitetin binalarında aparılacaq əsaslı təmir işlərinin icrası “Mühəndislik Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib.

Tərəflər arasında artıq satınalma müqaviləsi imzalanıb. Müqavilənin ümumi dəyəri 2 360 140 AZN  təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər