Azərbaycan Auditorlar Palatası “AYDINLI AUDİT” Məhdud Məsuliyyətli Cəmiyyətinə auditor xidməti fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.
Banker.az xəbər verir i, Palatanın məlumatına görə, şirkətə verilmiş AT/380 nömrəli lisenziya 3 iyul 2026-cı il tarixindən 3 iyul 2031-ci il tarixinədək qüvvədə olacaq.
Şirkətin direktoru Aydınlı Məhəmməd Aydın oğludur. Onun adına verilmiş SA/311 nömrəli auditor sertifikatı isə 2 iyul 2021-ci il tarixindən 2 iyul 2026-cı il tarixinədək etibarlı olub.







