Azərbaycanda heyvanlarla rəhmsiz rəftara görə cəzalar sərtləşdirilir – 2 min manatadək cərimə

Azərbaycanda heyvanlarla rəhmsiz rəftara görə cəzalar sərtləşdirilir.

Banker.az xəbər verir ki, heyvanlarla ağrı, əzab və işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulub.

Rəhmsiz rəftar nəticəsində heyvan şikəst edilərsə, təqsirkar şəxsi 1 000 manatdan 1 500 manatadək cərimə gözləyir.

Heyvanların tələf olması ilə nəticələnən hallara görə 1 500 manatdan 2 000 manatadək cərimə, yaxud 1 ayadək inzibati həbs tətbiq oluna bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər