“M.J. Financial Services BOKT” ASC-nin 2 milyon manat həcmində istiqraz buraxılışının yerləşdirilməsi tam yekunlaşıb.
Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, AZ2002023169 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10 iyul 2026-cı il tarixində başa çatıb.
Hərrac çərçivəsində hər birinin nominal və satış qiyməti 100 manat olan 20 min ədəd istiqrazın hamısı yerləşdirilib. İstiqrazlar üzrə sifarişlərin ümumi məbləği və reallaşdırılmış həcm 2 milyon manat təşkil edib.
İstiqrazların illik gəlirlilik dərəcəsi 16%, tədavül müddəti isə 18 aydır. Faiz gəlirləri ilk istiqrazın yerləşdirildiyi tarixdən başlayaraq hər üç təqvim ayından bir ödəniləcək.
Hərracda 52 investor tərəfindən ümumilikdə 54 sifariş təqdim olunub. Buraxılışın anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC olub.






