“Aqrar İnnovasiya və Təchizat Şirkəti” zərərdən mənfəətə keçib

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2025-ci ili 128 600 manat mənfəətlə başa vurub. 2024-cü ildə şirkət 1 milyon 760 min manat zərərlə başa vurub.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin satış gəlirləri 5.5% azalaraq 6 milyon 429 min manat təşkil edib. ASC-nin kommersiya xərcləri 5 milyon 76 min manat, inzibati xərcləri 2 milyon 955 min manat olub.

31 dekabr 2025-ci il tarixinə şirkətin cəmi aktivləri 16 milyon 698 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 12% azalmadır.

Xatırladaq ki, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər