Dünyanın ən böyük qızıl mədənləri – TOP 10

Dünyanın ən böyük qızıl mədənləri açıqlanıb.

İlk beşlikdə ABŞ, Özbəkistan, İndoneziya və Rusiyada yerləşən nəhəng yataqlar qərarlaşıb.

Birinci yerdə ABŞ-ın Nevada Gold Mines kompleksi qərarlaşıb. Müəssisə ildə 83,9 ton qızıl hasil edir və dünyanın ən böyük qızıl istehsalçısı hesab olunur. Layihə Barrick və Newmont şirkətlərinin birgə müəssisəsidir.

İkinci sırada Özbəkistanın Muruntau mədəni yer alıb. İllik 83,3 ton qızıl hasil edən yataq dünyanın ən böyük açıq qızıl karxanalarından biri sayılır.

Üçüncü yerdə İndoneziyanın Grasberg yatağı qərarlaşıb. Burada il ərzində 57,9 ton qızıl hasil olunur. Mədən eyni zamanda dünyanın ən böyük mis və qızıl ehtiyatlarından birinə malikdir.

Dördüncü pillədə Rusiyanın Sibir bölgəsində yerləşən Olimpiada yatağı yer alıb. Müəssisə ötən il 44,8 ton qızıl hasil edib.

İlk beşliyi isə Özbəkistanın Almalyk Dağ-Metallurgiya Kompleksi tamamlayıb. Burada illik qızıl hasilatı 34,6 ton təşkil edib.

Beləliklə, dünyanın ən böyük 10 qızıl mədəni bunlardır:

Nevada Gold Mines (ABŞ) – 83,9 ton

Muruntau (Özbəkistan) – 83,3 ton

Grasberg (İndoneziya) – 57,9 ton

Olimpiada (Rusiya) – 44,8 ton

Almalyk (Özbəkistan) – 34,6 ton

Batu Hijau (İndoneziya) – 31,4 ton

Kazzinc Consolidated (Qazaxıstan) – 31,1 ton

Ahafo (Qana) – 24,8 ton

Loulo-Gounkoto (Mali) – 21,6 ton

Kibali (Konqo DR) – 21,4 ton

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər