Azərbaycanda fəaliyyət göstərən 21 bankın 2026-cı ilin ikinci rübü üzrə açıqladığı maliyyə hesabatlarına əsasən, sektorun ümumi xalis mənfəəti 728.8 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 150.5 milyon manat və ya 26% çoxdur. Banker.az-ın hazırladığı renkinqə əsasən, ən yüksək xalis mənfəət yenə də ABB-yə məxsus olub.
Renkinqə əsasən, ABB 250.6 milyon manat xalis mənfəətlə ilk sırada qərarlaşıb. İkinci yerdə 221.8 milyon manatla Kapital Bank, üçüncü pillədə isə 67.7 milyon manatla PAŞA Bank yer alıb. İlk beşliyi 34.5 milyon manat mənfəətlə Bank Respublika və 28.1 milyon manatla AccessBank tamamlayıb.
İlk beş bank arasında ən yüksək illik mənfəət artımı ABB-də qeydə alınıb. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 95.1 milyon manat və ya 61.2% artıb. Kapital Bankın mənfəəti 67.8 milyon manat (44.1%), AccessBankın 7.2 milyon manat (34.2%), Bank Respublikanın isə 6.6 milyon manat (23.7%) yüksəlib.







