2026-cı ilin ilk 6 ayında Azərbaycandan 8 342 ton fındıq ixrac edilib. 2025-ci ilin eyni dövründə fındıq ixracı 10 759 ton idi. Bu, ixrac həcminin 22.5% azalması deməkdir.
Banker.az bu barədə Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.2026-cı ilin yanvar-iyun aylarında fındıq ixracının statistik dəyəri 95 milyon 584 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 76 milyon 670 min dollar olmuşdu. Beləliklə, fındıq ixracından gəlir 25% artıb.






