Apple 2026-cı ilin payızında OLED ekranlı iPad mini təqdim etməyə hazırlaşır

Apple iPad mini-nin ən böyük yeniliklərindən birini təqdim etməyə hazırlaşır. Məsələ ilə tanış olan mənbələrin Bloomberg-ə bildirdiyinə görə, J510 kod adlı model ilk dəfə OLED ekranla təchiz ediləcək.

Nəşrin məlumatına əsasən, şirkət yenilənmiş iPad mini-ni artıq 2026-cı ilin payızında təqdim edə bilər. Cihazın buraxılışı oktyabr ayına planlaşdırılıb. Mənbələrin sözlərinə görə, Apple həmçinin J581 kod adlı baza iPad modelinin və iPad Air-in yenilənməsi üzərində işləyir.

Agentlik yazır ki, “daha sürətli prosessor”la təchiz ediləcək J581 modelinin buraxılışı 2027-ci ilin birinci rübünə nəzərdə tutulub. Yenilənmiş iPad Air modelləri isə J807 və J837 kod adlarını alıb və yaz aylarında təqdim oluna bilər. Şirkətin nümayəndəsi məsələni şərh etməkdən imtina edib.

Bloomberg qeyd edir ki, istifadəçilər uzun müddətdir iPad mini-nin yenilənməsini gözləyirlər. Planşetin dizaynı 2021-ci ildən dəyişməyib, baxmayaraq ki, cihaz 2024-cü ildə yeni çiplə təchiz olunub.

2026-cı ilin iyun ayının sonunda Apple yaddaş çipləri bazarındakı çatışmazlıq fonunda MacBook və iPad də daxil olmaqla bəzi cihazların qiymətlərini artırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər