Böyük Britaniyanın Leyboristlər Partiyasının yeni lideri kimi Endi Bernem seçilib. Bildirilir ki, o, Baş nazir vəzifəsində Kir Starmeri əvəz edəcək. Bu barədə hakim Leyboristlər Partiyasının Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud partiyanın konfransında bildirib. Məlumatı Sky News yayıb.
Leyboristlər parlamentdə çoxluğu qoruduqları və hakimiyyətdə olduqları üçün yeni partiya liderinin seçilməsi avtomatik olaraq onun hökumət başçısı təyin olunması deməkdir. Dauninq-stritdə rəhbər dəyişikliyinin iyulun 20-də baş tutacağı gözlənilir.
İyunun 23-də Sky News mənbələrə istinadən xəbər vermişdi ki, Starmer ehtimal olunan varisi Endi Bernemlə gizli görüş keçirib. Təxminən bir saat davam edən görüşün mövzusu açıqlanmayıb. Bu, Starmerin istefa verəcəyini elan etməsindən sonra iki siyasətçi arasında ilk görüş olub.
İyunun 22-də Kir Starmer istefa verəcəyini rəsmən təsdiqləmişdi. O bildirib ki, bütün qərarlarını “ölkəni hər şeydən üstün tutmaq” prinsipi ilə qəbul edib və məhz buna görə Leyboristlər Partiyasının lideri vəzifəsindən ayrılır.







