Kral III Çarlz Starmerin istefasını qəbul edib

Kir Starmer Bukingem sarayında Kral III Çarlzla audiyensiya zamanı Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verib. Bu barədə kralın mətbuat xidməti məlumat yayıb.

“Hörmətli parlament üzvü ser Kir Starmer bu səhər kralla audiyensiyada olub və Baş nazir, eləcə də Xəzinədarlığın birinci lordu vəzifələrindən istefa ərizəsini təqdim edib. Əlahəzrət onun istefasını qəbul edib”, – deyə bəyanatda bildirilib.

İyunun 22-də Starmer Leyboristlər Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri vəzifələrindən ayrılmaq niyyətində olduğunu açıqlamışdı. Birləşmiş Krallıqda siyasi böhran mayın 7-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdən sonra başlayıb. Seçkilərin nəticələrinə görə, Leyboristlər Partiyası ilk dəfə Uels parlamentinə nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarında leyboristlərin nümayəndələrinin sayı əvvəlki dövrlə müqayisədə 1,4 min nəfər azalıb.

Böyük Mançesterin keçmiş meri Endi Börnhem ölkənin yeni Baş naziri olacaq. O, hökuməti formalaşdırmaq üçün mandat almaq məqsədilə yaxın dəqiqələrdə Kral III Çarlzla görüşəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər