Azərbaycanda iri holdinqin tərkibində iki şirkət yaradılır

Azərbaycanda fəaliyyətdə olan holdinqlərindən biri “LU-MUN Holding” MMC yenidən təşkil olunub.

Banker.az xəbər verir ki, şirkətin yaydığı elana əsasən, ayrılma nəticəsində iki yeni hüquqi şəxs – “APC NOVA COMPANY” MMC və “LMH NOVA COMPANY” MMC yaradılıb.

Qeyd edək ki, “LU-MUN Holding” MMC Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri birləşdirən holdinqdir. Holdinqin tərkibinə əsasən tikinti, layihələndirmə, mühəndislik, istehsal və digər biznes istiqamətlərində fəaliyyət göstərən müəssisələr daxildir.

Azərbaycanda tanınmış “Mərcan” brendi altında quş əti məhsulları istehsal edən “Azerbaijan Poultry Company” MMC və “Azerbaijan Fish Farm” bu holdinqə daxil idi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər