Bankların istehlak kreditləri üzrə RENKİNQİ: həcm, dinamika və bazar payı (01.07.2026)

Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kreditləri portfelinin həcmi 2026-cı ilin ikinci rübünün sonuna 9 milyard 917,3 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 6,5% artım deməkdir.

Banker.az-ın tərtib etdiyi renkinqə görə, istehlak kreditləri portfelinin həcminə görə ilk sırada Kapital Bank qərarlaşıb. Bankın istehlak kreditləri portfeli 3 milyard 323,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 6% artım deməkdir.

İkinci yerdə ABB 2 milyard 159,7 milyon manatlıq istehlak kreditləri portfeli ilə yer alıb. Bankın bu portfeli hesabat dövründə 8,8% böyüyüb. İlk üçlüyü isə Bank of Baku tamamlayıb. Bankın istehlak kreditləri portfeli 819,8 milyon manat olub və ilin əvvəlindən 17,1% artıb.

İlk üç bankın ümumi istehlak kreditləri portfeli 6 milyard 302,7 milyon manat təşkil edib ki, bu da sektor üzrə istehlak kreditlərinin 63,6%-nə bərabərdir. İlin əvvəlində bu göstərici 62,5% olub. Beləliklə, ilk üçlüyün bazar payı 1,1 faiz bəndi artıb.

İlin əvvəlindən istehlak kreditləri portfelini ən yüksək templə artıran bank AFB Bank olub. Bankın istehlak kreditləri portfeli 36,1% artıb. Sonrakı yerlərdə Bank VTB Azərbaycan (27,0%), Ziraat Bank Azərbaycan (48,2%), Bank of Baku (17,1%) və Bank Respublika (7,1%) qərarlaşıb.43243432423

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər