Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun yenidən qurulması və modernləşdirilməsi layihəsi Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış saziş çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində Gürcüstanda yerləşən 183 kilometrlik dəmir yolu xətti yenidən qurularaq Asiya ilə Avropanı birləşdirən strateji beynəlxalq nəqliyyat dəhlizinə çevrilib.
PASHA Bank Gürcüstanda layihənin həyata keçirilməsi müddətində maliyyə əməliyyatlarının dəstəklənməsi məqsədilə tranzaksiya bankçılığı xidmətləri göstərib.
“PASHA Bank-ın bu strateji layihənin bank tərəfdaşı olmasından qürur duyuruq. Belə miqyaslı infrastruktur layihələrinin uğurla həyata keçirilməsi üçün etimad, maliyyə dayanıqlığı və çevikliyin həlledici əhəmiyyət daşıdığını xüsusi vurğulamaq istərdik. Bu layihədə uğurlu iştirakımız sayəsində əlavə dəyər yarada bildiyimiz üçün məmnunuq”, – deyə PASHA Bank Gürcüstanın baş icraçı direktoru Ramil İmamov bildirib.






