Banker.az-ın məlumatına görə, Kapital Bank beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən təşkil olunan “Awards for Excellence 2026” mükafatında iki nominasiya üzrə qalib olub.
Bank Azərbaycan üzrə “Best Retail Bank” (“İlin ən yaxşı pərakəndə bankı”) və “Best Digital Bank for SMEs” (“Kiçik və orta sahibkarlar üçün ən yaxşı rəqəmsal bank”) nominasiyalarında mükafata layiq görülüb.
“Euromoney Awards for Excellence” bank və maliyyə institutlarının müxtəlif fəaliyyət istiqamətləri üzrə qiymətləndirildiyi beynəlxalq mükafatlardan biridir.
Bu il ilk dəfə Azərbaycan üzrə təqdim olunan “Azerbaijan’s Best Retail Bank” nominasiyasının ilk qalibi də Kapital Bank olub.







