Dövlət başçısı: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir

“Bu gün bizim qazımız Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir”.

Bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.

“Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox geniş miqyaslı olacaq”, – deyə dövlət başçısı vurğulayıb.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər