“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dəmiryol şəbəkəsinə qoşulacaq

Cəbrayıl rayonundakı “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parkının dalan dəmir yolu xətti infrastrukturunun yaradılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, bununla da, Sənaye Parkı yeni yaradılan dəmiryol şəbəkəsinə (Horadiz-Ağbənd dəmir yolu xətti) qoşulacaq.

Layihəni nazirliyə məxsus “Tikinti-Təchizat Birliyi” MMC reallaşdırır. Bu işlərin 18,045 milyon manata başa gələcəyi gözlənilir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər