“Aqrarkredit”in Yasamaldakı ₼1,2 milyona olan fərdi yaşayış evi hərraca çıxarılır – FOTOLAR

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı balansında olan fərdi yaşayış evini hərraca çıxaracaq.

Banker.az xəbər verir ki, Banker.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərfindən təşkil edilən hərrac 5 avqust 2026-cı il saat 10:00-da keçiriləcək.

Satışa çıxarılan əmlak Bakı şəhəri, Yasamal rayonu, Yamac küçəsi, 2-ci döngə, giriş 55 ünvanında (köhnə ünvan: Xarici Dairəvi yolu, 10, Korpus C, ev 18) yerləşən fərdi yaşayış evidir.

Evin torpaq sahəsi 0,0156 hektar, ümumi sahəsi isə 242,8 kvadratmetr təşkil edir. Əmlakın start qiyməti 1 milyon 170 min manat, hərracda iştirak üçün tələb olunan beh məbləği isə 5 850 manat müəyyənləşdirilib.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Qeyd edək ki, “Aqrarkredit” son dövrlərdə problemli kreditlər üzrə balansına keçmiş daşınmaz əmlakları mərhələli şəkildə açıq hərrac vasitəsilə satışa çıxarır. Bu hərraclar çərçivəsində fərdi yaşayış evləri, mənzillər, qeyri-yaşayış sahələri və digər daşınmaz əmlaklar bazara təqdim olunur.

91b9c0e5 b99c 466e bb96 dc3541317632 2.jpg 1 177a0a4a 2ac5 4984 b02a 5268752b0bb8 5.jpg fd40860b a500 46fc b7f1 84e92b5c255e 4.jpg 11e8706f bd33 417f aaae ad7d3e1ad600 3.jpg 91b9c0e5 b99c 466e bb96 dc3541317632 2.jpg SOHL0523004 780x440 mobile 1

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər