36 C
Baku
Tuesday, July 15, 2025

Rüfət Aslanlı: “Bağlanmış bankların sağlamlaşdırılması ilə bağlı cəhdlər nəticə vermədi”

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının sağlamlaşdırılması ilə bağlı cəhdlər nəticə verməyib. Bunu keçirdiyi mətbuat konfransında MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, hazırda qalan banklar normal rejimdə fəaliyyət göstərirlər və bank sektorunda ciddi problem yoxdur: “Hətta bağlamış 4 bankın belə, fəaliyyətində son günə qədər hər hansı problem müşahidə olunmurdu. Çünki biz bu banklarda olan problemlərin bütün sektora keçməsinə, iqtisadi proseslərə təsir etməsinə imkan vermədik”.

Report

Son xəbərlər
Digər xəbərlər