Səhmdar cəmiyyətin səhmdarları şirkətin ləğvini və yenidən təşkilini müzakirə edəcək

“ZAQATALA-FINDIQ” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 12 sentyabr 2026-cı il tarixində keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaq saat 10:00-da Zaqatala şəhəri, Aşağı Tala kəndində yerləşən “Su səsi” restoranında baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin icra orqanı rəhbərinin hesabatının dinlənilməsi, illik hesabatın təsdiqi, təşkilati məsələlər, cəmiyyətin məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında yenidən təşkili, ayrılma formasında yenidən təşkili, təhvil aktının və ya bölünmə balansının təsdiqi, cəmiyyətin ləğv edilməsi, yeni redaksiyada nizamnamənin təsdiqi və digər məsələlər daxildir.

Beləliklə, səhmdarlar yığıncaqda şirkətin hüquqi formasının dəyişdirilməsi, mümkün restrukturizasiyası və ləğvi ilə bağlı mühüm qərarları müzakirə edəcəklər.

Yığıncağın gündəliyi üzrə materiallarla Zaqatala şəhəri, Azərbaycan prospekti 37 ünvanında tanış olmaq mümkündür. Səhmdarlar iclasda şəxsən və ya qanunvericiliyə uyğun qaydada səlahiyyətləndirilmiş nümayəndələri vasitəsilə iştirak edə bilərlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər