İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın atəşkəs təklifini rədd edib. Bu barədə The New York Times (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Tehran Vaşinqtonla Hörmüz boğazına nəzarət məsələsini həll etməyən müvəqqəti razılaşmada maraqlı deyil.
ABŞ-nin təklifinin detalları açıqlanmayıb. NYT-nin yazdığına görə, bu, danışıqlar masasında olan yeganə təklif idi.
Müzakirələr Donald Trampın hərbi əməliyyatları genişləndirəcəyini və körpülər, eləcə də elektrik stansiyaları kimi kritik infrastruktur obyektlərinə zərbələr endirməyə başlayacağını vəd etdiyi bir vaxtda aparılıb.
ABŞ-nin İrana zərbələri bu gün ardıcıl 13-cü gündür davam edir. Bandar-Abbas liman şəhərində partlayışlar, elektrik enerjisinin kəsilməsi və bir neçə nəfərin xəsarət alması barədə məlumat verilib.







