Əlcəzair parlamentinə tarixdə ilk dəfə qadın sədrlik edəcək

Əlcəzair parlamentinə tarixdə ilk dəfə qadın sədrlik edəcək. Bu vəzifəyə hakim Milli Azadlıq Cəbhəsi partiyasının nümayəndəsi Xalidə Bufediş seçilib. Bu barədə AFP agentliyi məlumat yayıb.

Xalidə Bufediş allerqoloq təhsillidir. O, Əlcəzair paytaxtını təmsil edir və Milli Azadlıq Cəbhəsi Mərkəzi Komitəsinin üzvüdür. Parlamentə seçilməzdən əvvəl yerli özünüidarəetmə orqanlarında çalışıb.

Bu ayın əvvəlində ölkədə keçirilən parlament seçkilərində hakim partiya 407 mandatdan 91-ni qazanıb. Səsvermədə seçici fəallığı tarixi minimuma enərək cəmi 21% təşkil edib.

Bildirilir ki, Xalidə Bufediş son illərdə qadın təmsilçiliyinin ən aşağı səviyyədə olduğu parlamentə rəhbərlik edəcək. Parlamentdə qadın deputatların sayı cəmi 25 nəfərdir ki, bu da ümumi deputat sayının 6%-ni təşkil edir. Əvvəlki çağırışda bu göstərici 38, 2017-ci ildə isə kvota sistemi qüvvədə olarkən 118 nəfər idi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər