Apple-ın bazar dəyəri tarixdə ilk dəfə $5 trilyonu ötüb

Bu gün Nasdaq birjasında keçirilən ticarət zamanı Apple səhmlərinin qiyməti 342,89 dollara yüksəlib və şirkətin bazar kapitallaşması tarixdə ilk dəfə 5 trilyon dollar həddini keçib. Bloomberg-in məlumatına görə, Apple bu göstəriciyə çatan tarixdə ikinci şirkət olub. Bununla belə, əgər bugünkü ticarət sessiyası bağlanarkən səhmlərin qiyməti 340,43 dollardan aşağı olarsa, şirkət bu səviyyəni qoruya bilməyə bilər.

Apple-dan əvvəl 5 trilyon dollarlıq bazar kapitallaşmasına 2025-ci ilin oktyabrında Nvidia çatmışdı. 2026-cı ilin may ayının ortalarında isə şirkətin bazar dəyəri 5,7 trilyon dollara yüksəlmişdi. Lakin son iki ayda investorların süni intellekt infrastrukturu üçün yüksək xərclərlə bağlı narahatlıqları fonunda Nvidia-nın səhmləri ucuzlaşıb və şirkətin bazar kapitallaşması təxminən 1 trilyon dollar azalıb.

Dünən Apple ticarət sessiyasının yekununda səhmlərinin 2% bahalaşması, Nvidia səhmlərinin isə 5% ucuzlaşması nəticəsində yenidən dünyanın ən dəyərli şirkəti statusunu geri qaytarıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər