ICE birjasında Brent neftinin qiyməti 5%-dən çox artıb

Londonun ICE birjasında sentyabr ayı üzrə Brent markalı neft fyuçerslərinin qiyməti 5%-dən çox yüksəlib. Bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 14:40-a olan məlumata görə, Brent neftinin qiyməti 5,23% artaraq bir barel üçün 88,49 dollara çatıb.

Saat 14:55-də isə Brent üzrə artım sürətlənərək 5,33%-ə yüksəlib və qiymət bir barel üçün 88,57 dollar təşkil edib. Eyni zamanda, avqust ayı üzrə WTI markalı neft fyuçersləri də 5,07% bahalaşaraq bir barel üçün 83,28 dollara çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər