Musa Xudiyev “Azərpoçt”un rəhbərinə müşavir təyin edildi

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC-də yeni təyinat həyata keçirilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Musa Xudiyev qurumun İdarə Heyəti sədrinə müşaviri vəzifəsinə təyin olunub. Hazırda qurumun sədri Manaf Babayevdir.

M.Xudiyev bu vəzifədə 2026-cı ilin may ayından fəaliyyət göstərir.

Bundan əvvəl o, 2020–2025-ci illərdə “AFB Bank” ASC-də Satış Ofisinin direktoru, 2020-ci ilin əvvəlində isə bankın sədrinin müşaviri olub. Daha əvvəl “Rabitabank” ASC-də Filialların idarəedilməsi departamentinin direktoru, “Bank Standard” ASC-də Satış və Filiallarin idarə edilməsi mərkəzinin direktoru, Layihələrin İnkişafı və idarə edilməsi şöbəsinin rəhbəri, eləcə də Əməliyyat və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Əmək fəaliyyətinə 2006-cı ildə Zaminbank ASC-də kassir kimi başlayan M.Xudiyev sonradan həmin bankın Biznes filialında baş mühasib vəzifəsinədək yüksəlib.

Musa Xudiyev 2001–2005-ci illərdə Azərbaycan Kooperasiya Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər