Dünya mərkəzi banklarının qızıla tələbi II rübdə rekord 289 tona çatıb

2026-cı ilin ikinci rübündə dünya mərkəzi banklarının qızıla xalis tələbi əhəmiyyətli dərəcədə artaraq 289 tona çatıb. Bu göstərici birinci rübün yenidən hesablanmış nəticəsindən (57 ton) beş dəfə çoxdur və ikinci rüblər üzrə rekord hesab olunur. Bu barədə Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, ikinci rübdəki artım əsasən Polşa Mərkəzi Bankının (+51 ton) və Çin Xalq Bankının (+33 ton) qızıl ehtiyatlarını artırması hesabına təmin olunub.

Digər iri alıcılar arasında Özbəkistan Mərkəzi Bankı (+16 ton), Qazaxıstan Milli Bankı (+15 ton), İordaniya Mərkəzi Bankı (+6 ton) və Çexiya Milli Bankı (+6 ton) yer alıb.

Rusiya Mərkəzi Bankı qızıl ehtiyatlarını 22 ton azaldaraq ikinci rübdə ən böyük satıcı olub. Birinci rübdə əsas satıcılardan biri olan Türkiyə Mərkəzi Bankı isə 4 ton qızıl satdığını açıqlayıb.

İlin ilk yarısında mərkəzi bankların qızıla xalis tələbi 345 ton təşkil edib. Bu, 2022-ci ildən (241 ton) bəri ilk altı ay üzrə ən aşağı göstəricidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər