“Silk Way Aviaşirkəti” MMC-nin ixrac gəlirləri 2026-cı ilin yanvar–iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% artıb.
Banker.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı ixrac icmalına əsasən, şirkətin ixrac gəlirləri bu ilin ilk altı ayında 28,5 milyon ABŞ dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 24,2 milyon ABŞ dolları olub.
Qeyd edək ki, “Silk Way Aviaşirkəti” MMC 2026-cı ilin yanvar–iyun ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda yer alan şirkətlərdən biridir.







