7 C
Baku
Thursday, December 12, 2024

“Toyoto” 140 minə qədər “RAV4” modelini geri çağırıb

“Toyota” şirkəti Rusiyada olan satış dilerindən 139 604 “RAV4” modelini geri çağırıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təhlükəsizlik kəmərində yaranmış problemlə əlaqədar geri çağırılan avtomobillərin artıq VİN-kod siyahısının tərtib edilməsinə başlanılıb.2014 rav4

Təhlükəsizlik kəmərində yaranmış problemə gəlincə qeyd olunur ki, avtomobilin sürətli idarəsi zamanı əgər qarşı-qarşıya toqquşma baş verərsə “RAV4” modellərinin ikinci cərgə oturacaqlarındakı təhlükəsizlik kəmərləri sərnişini saxlamaya bilər və bu da qəza zamanı sərnişinin daha çox zədə almasına səbəb olar.

Qeyd edək ki, “Toyoto” həmin avtomobillərin təmirini pulsuz həyata keçirəcək.

Son xəbərlər
Digər xəbərlər